Toprakdan flakona, 2012-dən bəri.
“Biyan Products” MMC — Azərbaycanın yeganə tam tsiklik biyan kökü emalı və natural bitki şərbətləri istehsalçısı. Plantasiya, zavod, laboratoriya və anbarlar — hamısı bir Sənaye Parkında, bizim mülkiyyətimizdə.

Bir kökdən böyüyən sənaye
2012-ci ildə Ağdaş rayonu, Şıxlı kəndində bir plantasiya ilə başlayan yol bu gün 937 hektarlıq əkin sahəsi, tam avtomatlaşdırılmış emal və sirop zavodları, sertifikatlı laboratoriya və 18 müasir anbardan ibarət bütöv bir sənaye parkına çevrilib.
Məqsədimiz dəyişməyib: qədim aptekçilik ənənəsini müasir istehsal keyfiyyəti ilə birləşdirərək biyan kökünün təbii gücünü dünyaya çatdırmaq.
Təbiətə hörmət, keyfiyyətə sədaqət
Təbiilik
Ekoloji təmiz plantasiyadan gələn xammal, heç bir süni qatqı olmadan emal.
Keyfiyyət
ISO və GMP standartları, hər partiyada tam laboratoriya analizi.
Etibar
Toprakdan flakona tam tsikl — mənbədən son məhsula qədər nəzarət bizdə.
Beynəlxalq standartlara uyğun istehsal
ISO sertifikatı
İstehsalın bütün mərhələlərində beynəlxalq keyfiyyət idarəetmə sistemi.
GMP standartı
Yaxşı İstehsalat Təcrübəsi — gigiyena, izlənəbilirlik və partiya nəzarəti.
İşini sevən insanlar
Aqronomlardan laboratoriya mütəxəssislərinə, istehsalçılardan ixrac komandasına qədər — hər mərhələdə öz sahəsinin peşəkarları çalışır.

Komandaya qoşulun
Açıq vakansiyalar və əməkdaşlıq imkanları üçün bizimlə əlaqə saxlayın.
Distribyutor olmaq və ya topdan sifariş?
Beynəlxalq distribyutorluq, sağlamlıq mağazaları və topdan satış üçün bizimlə əlaqə saxlayın. 24 saat ərzində cavablandırırıq.